Marneulidə insanlar gecə saatlarında faciədən son anda xilas oldu - VİDEO
11.07.2025 12:30
541
Siyasət
A
Marneulidə insanlar gecə saatlarında faciədən son anda xilas oldu - VİDEO

Dünən gecə Marneuli şəhərinin Rustaveli 81 ünvanında yerləşən yaşayış binasının eyvanı uçub.

Hadisə nəticəsində xəsarət alan olmasa da, bu, yerli sakinlər arasında ciddi təşviş və narahatlıq yaradıb.

Sakinlərin bildirdiyinə görə, binanın birinci mərtəbəsindəki eyvanın uçması təsadüfi deyil – bina uzun müddətdir ki, ciddi istismar problemi ilə üz-üzədir. Onların sözlərinə görə, hadisə gündüz baş versəydi, faciə qaçılmaz olardı.

Hazırda binanın digər eyvanlarının da qəzalı vəziyyətdə olduğu bildirilir və sakinlər üçün real təhlükə yaratdığı vurğulanır. Onlar məsələ ilə bağlı dəfələrlə Marneuli Bələdiyyəsinə müraciət etsələr də, hələlik heç bir tədbir görülmədiyini deyirlər.

Qeyd edək ki, məsələ ilə bağlı Marneuli Meriyası ilə əlaqə saxlamağa çalışsaq da, şərh almaq mümkün olmayıb.

Daha ətraflı video süjeti təqdim edirik:

ŞƏRH YAZ
5