Telavi Rayon Məhkəməsi və Tbilisi Apellyasiya Məhkəməsi tərəfindən bəraət almış şəxs Gürcüstan Ali Məhkəməsi tərəfindən təqsirli bilinib və ona 11 il azadlıqdan məhrumetmə cəzası verilib.
Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Prokurorluğu yayıb.
Hadisə 2023-cü il aprelin 30-da Telavi bələdiyyəsinin Vardisubani kəndində baş verib. Prokurorluğun məlumatına görə, təqsirləndirilən şəxs qisas motivi ilə qarşı tərəfə qəsdən, həyat üçün təhlükəli bıçaq xəsarətləri yetirib. Zərərçəkmiş tibbi müdaxilə nəticəsində sağ qalıb.
Ali Məhkəmə prokurorluğun şikayətini tam təmin edib və əvvəlki instansiyalarda bəraət almış şəxsi qəsdən adam öldürməyə cəhd maddəsi ilə təqsirli bilib. Ona qarşı Cinayət Məcəlləsinin 19-108-ci maddəsi ilə (qəsdən adam öldürməyə cəhd) ittiham irəli sürülmüşdü.