Kateqoriyalar
Marneuli bələdiyyəsinin Yuxarı Qullar kəndində gecə saatlarında gənclər arasında mübahisə baş verib. Mübahisə zamanı onlardan biri – 16 yaşlı yeniyetmə çoxsaylı bıçaq xəsarətləri alıb. Yaralı Marneulidəki klinikalardan birinə yerləşdirilib və vəziyyəti ağır qiymətləndirilir.
Hadisə ilə bağlı Aktual.ge xəbər portalı Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayıb. Nazirlikdən verilən məlumata görə, hadisə bağlı bir nəfər saxlanılıb.
Qeyd olunub ki, istintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-109-cu maddəsi – ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd ittihamı ilə aparılır.