Ağır yol qəzası bir nəfərin həyatını son qoyub
12.07.2025 10:55
1129
Siyasət
A
Ağır yol qəzası bir nəfərin həyatını son qoyub

Rikotidə baş verən yol-nəqliyyat hadisəsi bir nəfərin həyatına son qoyub.

Aktual.ge xəbər verir ki, gecə saatlarında baş vermiş qəza zamanı bir neçə nəfər də xəsarət alıb. Toqquşma yük maşını (treyler) ilə yüngül avtomobil arasında baş verib.

Mövcud məlumata görə, toqquşmanın təsirindən yüngül avtomobil avtomagistralda yerləşən dəmir arakəsməni də dağıdıb.

Hadisə nəticəsində sürətli magistralda gec saatlara qədər bir neçə kilometrlik tıxac yaranıb. Yolun iflic olması səbəbindən qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb. Bu barədə məlumatı Yol Departamenti yayıb.

ŞƏRH YAZ
9