Marneulidə yeniyetmənin bıçaqlanması faktı üzrə, yetkinlik yaşına çatmayan şəxsə qarşı qəsdən adam öldürməyə cəhd ittihamı ilə hüquq-mühafizə orqanları 19 yaşlı bir gənci saxlayıb.
Aktual.ge xəbər verirnki, bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.
Bildirilib ki, saxlamılan şəxsi 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
"Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon Polis Şöbəsinin əməkdaşları həyata keçirdikləri operativ-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində 2006-cı il təvəllüdlü A.A.-nı, yetkinlik yaşına çatmayan şəxsə qarşı qəsdən adam öldürməyə cəhd ittihamı ilə saxlayıblar. Cinayət 20 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur. İstintaqla müəyyən olunub ki, təqsirləndirilən şəxs mübahisə zəminində tanışı – 2009-cu il təvəllüdlü N.R.-yə bıçaqla bədəninin müxtəlif nahiyələrindən xəsarətlər yetirib və hadisə yerindən uzaqlaşıb. Yaralanan N.R. xəstəxanaya yerləşdirilib və hazırda orada lazımi tibbi yardım göstərilir. Hüquq-mühafizəçilər tərəfindən aparılan istintaq hərəkətləri nəticəsində A.A. cinayət törətdikdən dərhal sonra isti izlərlə saxlanılıb. Cinayətdə istifadə edilən bıçaq maddi sübut kimi götürülüb. Faktla bağlı istintaq Cinayət Məcəlləsinin 19-109-cu maddəsinin 'e' bəndi ilə aparılır", – məlumatda qeyd olunub.