Marneulidə baş verən qanlı hadisəyə Nərgiz Əliyeva belə reaksiya verdi
13.07.2025 00:28
1510
Siyasət
A
Marneulidə baş verən qanlı hadisəyə Nərgiz Əliyeva belə reaksiya verdi

Marneuli Bələdiyyəsinin Yuxarı Qullar kəndində baş verən cinayət hadisəsinə bələdiyyə deputatı Nərgiz Əliyeva münasibət bildirib.

Aktual.ge xəbər verir ki, o, şəxsi sosial şəbəkə hesabında etdiyi paylaşımda ölkədə son dövrlərdə cinayət hallarının artdığını qeyd edib.

“Valideyn nəzarətsizliyi səbəbindən son dövrlərdə cinayətlərin artdığını müşahidə edirik. Gündəmimiz bu tip xəbərlərlə doludur”, – deyə Nərgiz Əliyeva yazıb.

O, bu halların artmasının əsas səbəblərindən birinin də ölkədəki siyasi gərginlik və sosial xaos olduğunu qeyd edib.

“Ölkə xaos vəziyyətindədir. Elə bir günə çatmışıq ki, hər birimizin ailəsində potensial qatil və ya cinayət qurbanı ola bilər. Artıq bu ölkədə yaşamaq təhlükəli vəziyyətə çevrilib. Hər kəs hər gün bir cinayətin qurbanı ola bilər. Amansızca bu cinayyəti törədən şəxsin ən ağır cəza hökmünün verilməsini tələb edirəm. Bu cür qəddarlıqla, amansızca törədilən cinayət cəzasız qalmamalıdır. İcma olaraq bunu nəzarətdə saxlamalıyıq. Aldığım məlumata görə cinayəti törədən şəxs narkotik təsiri altında olub. Bu ağ bəladan qurtulmaq üçün ciddi işlər aparılmalıdır. Bu saxta hakimiyyətin gətirdiyi fəsadlar da elə budur. Gündən günə artan cinayyətlər və ölkədəki təhlükə”, – deyə Nərgiz Əliyeva qeyd edib

Onun sözlərinə görə, bu cür cinayətlərin ciddi və hərtərəfli araşdırılması zəruridir. O, eyni zamanda gənclər arasında narkomaniyaya meylin artdığını, kriminal xəbərlərdə gənclərin adlarının tez-tez hallanmasının cəmiyyət üçün təhlükəli tendensiya olduğunu ifadə edib.

“Gürcüstanda hər gün kriminal xəbərlərdə gənclərin baş rolda olduğunu görmək üzücüdür. Bu qoxunc zəmanədə hər kəs təhlükədədir”, – deyə Marneuli Bələdiyyə Məclisnin üzvü vurğulayıb və valideynləri övladlarına qarşı daha diqqətli və məsuliyyətli olmağa çağırıb.

ŞƏRH YAZ
1