Orta yaşlı kişi çayda boğulub
14.07.2025 01:21
894
Hadisə
A
Orta yaşlı kişi çayda boğulub

Alazani çayında orta yaşlı bir kişi boğulub.

Aktual.ge xəbər verir ki, hadisə 13 iyul günorta saatlarında Qurcaani bələdiyyəsinin Kardenax kəndində baş verib.

Mövcud məlumata görə, kişi çayın yaxınlığında dostları ilə birlikdə olub.

Hadisənin digər detalları məlum deyil.

Hadisə yerinə polis və xilasedici qruplar cəlb olunub, cəsəd Qurcaanidə yerləşən Samxarauli Ekspertiza Milli Bürosuna aparılıb.

Faktla bağlı istintaq başlanıb.

ŞƏRH YAZ
7