Kateqoriyalar
Kutaisidə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər həyatını itirib.
Aktual.ge yerli mətbuata istinadən xəbər verir ki, hadisə gecə saatlarında baş verib.
Belə ki, yol-nəqliyyat hadisəsi şəhərin Gənclik prospektində iki minik avtomobili dayanmış yük maşınına çırpılması nəticəsində baş verib.
Məlumata görə, minik avtomobillərinin sürücüləri hadisə yerindəcə dünyalarını dəyişiblər.
Qəza ilə bağlı Daxili İşlər Nazirliyi araşdırmaya başlayıb.