Bütün diqqətlər Brüsselə yönəldi | Aİ Gürcüstana vizasız rejimi ləğv etməyi müzakirə edir
15.07.2025 11:29
854
Siyasət
A
Bütün diqqətlər Brüsselə yönəldi | Aİ Gürcüstana vizasız rejimi ləğv etməyi müzakirə edir

Son dəqiqə xəbərinə görə, Brüsseldə, Avropa İttifaqının Xarici İşlər Nazirləri Gürcüstanla bağlı toplaşdığı iclasda, Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Kaja Kallas bəyan edib ki, artıq “Gürcü Arzusu”na göndəriləcək ultimatum məktub hazırdır.

Aktual.ge xəbər verir ki, o, jurnalistlərə açıqlamasında açıq şəkildə deyib ki, “Gürcü Arzusu” konkret şərtləri yerinə yetirməsə, vizasız rejim dayandırılacaq.

O bildirib ki, Gürcüstanla bağlı bütün variantlar danışıqlar masasındadır – o cümlədən vizasız rejimin ləğvi də.

Kallas jurnalistlərə həmçinin təsdiqləyib ki, bu gün təqdim edəcəyi 15 nəfərlik sanksiya siyahısında iki hakim də var.

"Gənc gürcü etirazçılara çıxarılan hökm qeyri-proporsionaldır – 'Aydındır ki, məhkəmə sistemi siyasi sistemin bir hissəsidir'. Gürcüstanda ciddi demokratik geriləmə müşahidə olunur. Biz əlavə olaraq nə edə biləcəyimiz barədə müzakirə aparacağıq. Danışıqlar masasındakı bütün variantlar nəzərdən keçirilir – o cümlədən vizasız rejimin dayandırılması və digər vasitələr də.

Bəli, bu gün hədəfli sanksiyalarla bağlı siyahını təqdim edəcəyəm, çünki biz gənc etirazçılara çıxarılan hökmün qeyri-proporsional olduğunu görürük. Bu məsələni müzakirə edəcəyik. Bildiyiniz kimi, əvvəlki cəhddə bu məsələ bloklanmışdı. Biz konsensusa nail olmağa çalışacağıq və gələcəkdə də eyni cür davam edəcəyik. Əgər bu dəfə də bloklanmanın qarşısını ala bilməsək, artıq hazırladığımız məktubu 'Gürcü Arzusu'na göndərəcəyik. Bu məktubda yerinə yetirilməsi tələb olunan konkret şərtlər və onların yerinə yetirilməsi üçün dəqiq vaxt göstəriləcək. Əgər həmin şərtlər müəyyən edilmiş müddət ərzində yerinə yetirilməsə, biz vizasız rejimi dayandırmalı olacağıq” , – deyə Kallas bildirib.

ŞƏRH YAZ
4