Bolnisidə Azərbaycandilli kitab evi açılıb
18.07.2025 11:03
1320
Mədəniyyət
A
Bolnisidə Azərbaycandilli kitab evi açılıb

Bolnisi bələdiyyəsində fəaliyyət göstərən "Parlaq Gələcək Gənclər Mərkəzi"nin nəzdində yaradılmış ilk və ən böyük Azərbaycandilli kitab evi artıq bir ildir ki, bölgə gənclərinə xidmət göstərir.

Sözügedən mərkdən Aktual.ge xəbər portalına bildirilib ki, bu kitab evi yüzlərlə gəncə müxtəlif mövzularda faydalı və maraqlı ədəbiyyatla tanış olmaq fürsəti yaradıb.

"Hazırda kitab evində 5 minə yaxın kitab mövcuddur. Yenilənmiş və səliqəli rəflər sayəsində bu kitablar oxucular üçün daha əlçatan və rahat şəkildə təqdim olunur. Layihənin əsas məqsədi gənclərdə kitaba maraq yaratmaq, oxuma vərdişini gücləndirmək və maariflənməyə dəstək olmaqdır.

Parlaq Gələcək Gənclər Mərkəzi məktəblər və digər təşkilatlarla əməkdaşlığa açıqdır. Onlar müraciət etdikdə, kitablar hədiyyə olaraq təqdim olunur – bu isə bölgədə oxu mədəniyyətinin genişlənməsinə töhfə verir.

Mərkəzin komandası inanır ki, birlikdə oxuyan, öyrənən və inkişaf edən cəmiyyət güclü gələcəyin təməlidir. Bu istiqamətdə atılan addımlar davam etdiriləcək və daha çox gəncə kitab sevgisi aşılanacaq" , - mərkəzin rəhbəri Araz Musayev bildirib.

ŞƏRH YAZ
1