Avropa Parlamenti Gürcüstanın hazırkı hökumətini tanımadığını bəyan edib
19.07.2025 14:31
536
Siyasət
A
Avropa Parlamenti Gürcüstanın hazırkı hökumətini tanımadığını bəyan edib

Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi faktiki olaraq dayandırılıb.

Aktual.ge xəbər verir ki, bu barədə Avropa Parlamenti bəyanat yayıb.

Bəyanatda Avropa Parlamenti Gürcüstanın Avropa İttifaqına üzv ola bilməsi üçün ölkə rəhbərliyini hazırkı siyasətindən imtina etməyə çağırıb.

Bəyanatda qeyd olunur:

 "Gürcüstan hökuməti avtoritar kursunu dəyişməsə, ölkə Avropa İttifaqına üzv ola bilməyəcək. Avropa Parlamenti Gürcü xalqının yanındadır. Parlament Gürcüstanın hazırkı hökumətini tanımır və bildirir ki, ədalətli seçkilər keçirilməyincə ölkənin Avropa İttifaqına üzvlük prosesi faktiki olaraq dayandırılıb."

ŞƏRH YAZ
1