Aktual.ge xəbər portalında yeni "Şahmat TV" adlı bölmə fəaliyyətə başlayır.
Aktual.ge xəbər verir ki, Şahmat TV bölməsi "İnkişaf və Təhsil Mərkəzi" və "Aktual Media" arasında şahmatın regionda inkişafı və gənclər arasında təbliği məqsədi ilə imzalanmış memoranduma əsasən fəaliyyət göstərəcək.
Bölmədə dünya və Gürcüstanda baş verən şahmat xəbərləri və gənc şahmatçı Qasım Əliyevin təqdimatında müxtəlif şahmat oyunları ilə bağlı təhlilləri daimi olaraq video material olaraq təqdim olunacaq.
Bu verilişdə gənc şahmatçı Qasım Əliyev beynəlxalq səviyyədə tanınmış qrossmeyster Şəhriyar Məmmədyarov haqqında geniş və ətraflı məlumat təqdim edir. O, Şəhriyar Məmmədyarovun şahmat karyerası, nailiyyətləri və oyun üslubu barədə danışır, həmçinin onun seçilmiş partiyasını detallı şəkildə təhlil edərək şahmat oyununun strateji və taktiki aspektlərini izah edir.
Daha ətraflı verlişi təqdim edirik: