Daşqın və sürüşmə TƏHLÜKƏSİ | Rəsmi Proqnoz
21.07.2025 00:01
1326
Maraqlı
A
Daşqın və sürüşmə TƏHLÜKƏSİ | Rəsmi Proqnoz

İyulun 20-si günün sonundan iyulun 22-si səhərinə qədər Gürcüstanda yüksək temperatur fonunda fasilələrlə qısa müddətli yağış və şimşək gözlənilir.

Aktual.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, 22 iyula qədər dağlıq və yüksək dağlıq zonalarda bəzi yerlərdə güclü yağış, dolu və küləyin güclənməsi mümkündür.

Agentliyin bildirdiyinə görə, gözlənilən yağıntılar Şərqi Gürcüstandakı kiçik çaylarda daşqınlara, təpəlik və dağlıq zonalarda isə sürüşmə və sel proseslərinin yaranmasına və aktivləşməsinə səbəb ola bilər (təhlükə səviyyəsi orta dərəcəlidir).

ŞƏRH YAZ
1