Türk mafiya üzvü Derkan Başir dünən gecə Batumidə silahlı hücuma məruz qalıb.
Aktual.ge xəbər verir ki, bu barədə məlumatı hüquq müdafiəçisi Tamaz Bakuradze sosial şəbəkədə yayıb.
Onun sözlərinə görə, hadisə keçmiş “Ramada” otelinin ərazisində baş verib.
Hüquqşünasın yazdığına əsasən, qara rəngli avtomobildən ehtimal ki, türk kriminal qrupunun üzvləri tərəfindən beş dəfə atəş açılıb.
"Əgər cinayətkarlar doğrudan da türk kriminallardırsa, bu halda işimiz beynəlxalq cinayətkar təşkilatlanma ilə ola bilər" , – deyə Bakuradze bildirir.
Artıq ardıcıl üçüncü gündür ki, Batuminin mərkəzində ikinci dəfə atəş səsləri eşidilir. Dünənki insident… mənim proqnozumu doğrultdu — ötən gecə, gec saatlarda Batumidə, hal-hazırda kazino kimi fəaliyyət göstərən keçmiş 'Ramada' otelinin ərazisində kriminal avtoritet Derkan Başir qonaqlarını qəbul edərkən silahlı hücuma məruz qalıb. Həyətdən, qara rəngli avtomobildən, ehtimal ki, türk kriminal qrupunun üzvləri tərəfindən beş dəfə atəş açılıb. Xoşbəxtlikdən itki olmayıb, lakin bu fakt kriminal qarşıdurmanın ciddi şəkildə eskalasiya etdiyini açıq şəkildə göstərir. Böyük ehtimalla bu hadisənin davamı olacaq və bu, həm ölkənin, həm də şəhərin təhlükəsizlik imicinə ciddi zərbə vurur.
Bu insident kriminogen vəziyyətin pisləşməsinin göstəricisi kimi dəyərləndirilə bilər və zorakı qrupların təsirinin artdığını göstərir. Əgər cinayəti törədənlər doğrudan da türk kriminallardırsa, bu hal beynəlxalq təşkilatlanmış cinayətkar qruplaşma ilə əlaqəli ola bilər ki, bu da hüquq-mühafizə orqanları üçün əlavə təhlükə siqnalıdır" , - deyə Tamaz Bakuradze qeyd edib.
Xatırladaq ki, 18 iyul günorta saatlarında Batumidə türk mafiya lideri Sedat Pekere yaxınlığı ilə bilinən Hakkı Tekin restoranda qətlə yetirilib.