Sənəd qəbulu artıq başlayıb: Marneulidən Kərbəlaya ziyarət təşkil ediləcək - FOTO
21.07.2025 16:23
1715
Din
A
Sənəd qəbulu artıq başlayıb: Marneulidən Kərbəlaya ziyarət təşkil ediləcək - FOTO

Hz. Məhəmməd Peyğəmbərin (s) əziz nəvəsi İmam Hüseynin (ə) "Ərbəin" mərasimi münasibətilə Gürcüstandan İraqa ziyarət səfəri təşkil olunacaq.

Ənənəyə uyğun olaraq bu il də İmam Hüseynin (ə) qırx mərasimində iştirak etmək istəyən əzadarlar Kərbəlaya axın edəcəklər.

Marneulidən ilahiyyatçı və imam-cümə Hacı Mirismayıl Əsədovun təşkilatçılığı ilə də ziyarət proqramı həyata keçiriləcək.

Ziyarətə daxildir:
İraqın Nəcəf, Kərbəla, Kazimeyn və Samirra şəhərlərindəki müqəddəs ziyarətgahların ziyarəti.

Nəqliyyat seçimləri və qiymətlər:

  • - Avtobusla: Gediş tarixi – 04 avqust 2025 | Qiymət – 400 ABŞ dolları

  • - Təyyarə ilə: Gediş tarixi – 08 avqust 2025 | Qiymət – 800 ABŞ dolları

Ziyarətdə iştirak etmək istəyənlər sənədlərini iyulun 30-dək təqdim etməlidirlər.

Əlaqə nömrəsi: +995 558 014 014

ŞƏRH YAZ
11