Marneulidə qan donduran hadisə: Gənc qız özünü körpüdən atıb | VİDEO
21.07.2025 20:57
1915
Hadisə
A
Marneulidə qan donduran hadisə: Gənc qız özünü körpüdən atıb | VİDEO

Son dəqiqə xəbəri! Marneuli-Tbilisi yolundakı körpüdən gənc qız özünü atıb.

Aktual.ge-nin hadisə yerindən verdiyi xəbərə görə, bu gün axşam saatlarında Marneuli-Tbilisi avtomobil yolunun üzərində yerləşən körpüdə gənc qız intihara cəhd edib.

Hadisə təxminən saat 19:40 radələrində baş verib. Hadisə yerindən əldə edilən mılumata əsasən, 23 yaşlı Marneuli sakini olan qız körpüdən özünü atıb. Onun hansı səbəbdən bu addımı atdığı hələlik bilinmir.

Məlumata görə, o, körpüdən tullandıqda Alget çayına deyil, çayın ətrafındakı boş əraziyə düşüb. Nəticədə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Xidmətinin əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Yaralı qız xəstəxanaya aparılıb.

Faktla bağlı polis araşdırmaya başlayıb.

ŞƏRH YAZ
11