Kateqoriyalar
Daxili İşlər Nazirliyinin Baş Müfəttişliyi əməkdaşları həyata keçirdikləri operativ-istintaq tədbirləri nəticəsində, oğurluq ittihamı ilə Mühafizə Polisi Departamentinin Aviasiya Təhlükəsizliyi İdarəsinin inspektorunu məhkəmə qərarı əsasında saxlayıblar.
Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.
“Müəyyən edilib ki, 1990-cı il təvəllüdlü M.B. xidməti vəzifəsini yerinə yetirərkən, qanunsuz mənimsəmə məqsədilə vətəndaşa məxsus qızıl əşyaları gizli şəkildə ələ keçirib. Cinayətə görə 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur. Oğurluq faktı ilə bağlı istintaq Cinayət Məcəlləsinin 177-ci maddəsi üzrə aparılır”, – məlumatda deyilir.