Son bir sutkada 34 nəfər narkotik cinayətinə görə saxlanılıb - VİDEO
25.07.2025 16:41
1139
Kriminal
A
Son bir sutkada 34 nəfər narkotik cinayətinə görə saxlanılıb - VİDEO

Daxili İşlər Nazirliyi son 24 saat ərzində narkotik cinayətləri ilə bağlı 34 nəfərin saxlanıldığını açıqlayıb.

Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər nazirinin müavini Aleksandre Daraxvelidzenin nazirlikdə keçirdiyi brifinqdə bildirib.

Nazir müavini bildirib ki, saxlanılan şəxslərin böyük əksəriyyəti iri həcmdə narkotik satışı ilə məşğul olub, bir qismi isə xüsusilə böyük miqdarda narkotik maddələrin qanunsuz alqı-satqısı və saxlanmasında ittiham olunur.

Onun sözlərinə görə, saxlanılanlar arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları var.

“Daxili İşlər Nazirliyi narkotiklərin qanunsuz dövriyyəsi və yayılmasına qarşı barışmaz mübarizəni ölkə üzrə davam etdirir.

Dünən hüquq-mühafizə orqanları Tbilisi və regionlarda növbəti uğurlu polis əməliyyatı keçirdilər. Son 24 saat ərzində narkotik cinayətləri ilə əlaqədar 34 nəfər saxlanılıb. Onların böyük əksəriyyəti iri miqyaslı narkotik satıcılarıdır, digərləri isə xüsusilə böyük miqdarda narkotiklərin qanunsuz əldə edilməsi və saxlanması ilə ittiham olunur. Saxlanılanlar arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları mövcuddur. Hüquq-mühafizə orqanları narkotiklərin qanunsuz satışında ittiham olunan şəxslərlə bağlı məhkəmə qərarı əsasında bir neçə dəfə nəzarətli narkotik alışları həyata keçirib və bu alqı-satqılar gizli audio və video yazılarla sənədləşdirilib.

Saxlanılan şəxslərin üzərində və yaşayış yerlərində aparılan axtarışlar zamanı maddi sübut kimi xüsusilə böyük miqdarda müxtəlif növ narkotik maddələr – 'fentanil', 'heroin', 'metadon', 'suboksin', 'marixuana' və digər maddələr ələ keçirilib. İstintaq tədbirləri nəticəsində həmçinin saxlanılan şəxslərin qanunsuz satdığı narkotik maddələr, narkotik satışından əldə olunduğu güman edilən pul vəsaiti, qeyri-qanuni odlu silah və döyüş sursatları da sübut kimi ələ keçirilib.

İstintaq müəyyən edib ki, narkotik cinayətləri ilə bağlı saxlanılan şəxslər müxtəlif satış üsullarından istifadə ediblər. Onlar narkotik vasitələri ya 'əlbəəl', ya da gizli yerləşdirib koordinatlarını təqdim etməklə satıblar.

Bu cinayətlərə görə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Bir daha xüsusi olaraq qeyd etmək istərdim ki, narkotik cinayətləri ilə barışmaz mübarizə Daxili İşlər Nazirliyinin əsas prioritetlərindən biri olaraq qalır. Bu səbəbdən polis narkotik cinayətlərinə qarşı qanunla müəyyən edilmiş ciddi tədbirlərin həyata keçirilməsini intensiv şəkildə davam etdirəcək.

Nazirlik narkotik cinayətlərinə qarşı mübarizə ilə bağlı əldə edilən nəticələr barədə ictimaiyyəti mütəmadi olaraq məlumatlandıracaq” ? – deyə Aleksandre Daraxvelidze qeyd edib.

ŞƏRH YAZ
1