Polis Tbilisidə qəsdən adam öldürməkdə ittiham olunan bir şəxsi saxlayıb.
Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilbi ki, saxlanılan şəxsi törətdiyi cinayətə görə 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
"Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin əməkdaşları isti izlərlə həyata keçirilmiş operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində 1995-ci il təvəllüdlü G.V.-ni qəsdən adam öldürməkdə ittiham edərək saxlayıblar.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Tbilisidə yaranmış mübahisə zəminində baş vermiş qarşıdurma zamanı 1992-ci il təvəllüdlü R.K.-yə soyuq silahla bədəninin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirib, bundan sonra hadisə yerindən qaçıb. Yaralı kişi xəstəxanaya çatdırılan zaman dünyasını dəyişib.
Polis tərəfindən həyata keçirilmiş operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində G.V. hadisədən bir neçə saat sonra saxlanılıb.
Hüquq-mühafizə orqanları cinayətin törədilməsində istifadə olunan silahı maddi sübut kimi götürüblər.
Qəsdən adam öldürmə faktı ilə bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi üzrə aparılır" , - məlumatda deyilir.