İstilik rekordu gözlənilir | Agentlikdən xəbərdarlıq!
27.07.2025 23:55
896
Maraqlı
A
İstilik rekordu gözlənilir | Agentlikdən xəbərdarlıq!

Qarşıdakı günlərdə Gürcüstanda havanın temperaturunun 38–41 dərəcəyədək yüksələcəyi gözlənilir.

Milli Ətraf Mühit Agentliyi bununla bağlı əhaliyə xəbərdarlıq edib.

Agentlikdən bildirilib ki, iyulun 27-dən 31-dək Qərbi Gürcüstanın düzənlik və dağlıq ərazilərində, iyulun 29-dan 31-dək isə Şərqi Gürcüstanın ovalıq və dağlıq bölgələrində bəzi yerlərdə havanın temperaturunun 38–41 dərəcəyədək yüksələcəyi gözlənilir.

Qeyd olunub ki, gözlənilən yüksək temperatur istilik stressinə və meşə yanğınları riskinin artmasına səbəb ola bilər.

Agentlik, iyulun 27-dən 31-dək davam edəcək isti hava şəraiti fonunda ölkədə hava təhlükəsi səviyyəsini “orta” olaraq qiymətləndirib.

ŞƏRH YAZ
8