Proqnoz verildi: Yanacağın qiyməti yenə bahalaşacaq
28.07.2025 23:53
414
İqtisadiyyat
A
Proqnoz verildi: Yanacağın qiyməti yenə bahalaşacaq

Avqust ayında yanacaq qiymətlərinin artımı gözlənilir.

Aktual.ge xəbər verir ki, bu barədə “Beynəlxalq Tədqiqatlar və Proqnozlaşdırma Mərkəzi”nin əməliyyatlar üzrə vitse-prezidenti Nika Şenqeliyə şəxsi “Facebook” səhifəsində yazıb.

"Avqustda benzinin bahalaşması gözlənilir" , - qeyd edən Nika Şenqeliya əlavə edib:

"Rusiya Federasiyası müvəqqəti olaraq benzinin ixracını qadağan etməyi planlaşdırır – bu, artıq daxili bazarda yanacaq çatışmazlığına və qiymətlərin kəskin artımına səbəb olub.

Qadağa, ehtimal ki, Avrasiya İqtisadi İttifaqına (Belarus, Qazaxıstan və s.) daxil olan ölkələr və Rusiya ilə ikitərəfli razılaşması olan ölkələr (məsələn, Monqolustan) istisna olmaqla, bütün növ benzinin ixracına şamil olunacaq.

İlkin məlumata görə, bu qərar 1 avqustdan qüvvəyə minəcək və sentyabrın sonuna qədər və ya daha uzun müddət davam edə bilər.

Gürcüstan Rusiyanın əsas yanacaq idxalçısı olmasa da, regionda baş verən bu cür dəyişikliklər qiymətlərə və alternativ bazarlara ehtiyac duyulmasına təsir göstərə bilər. Benzin və yanacaq qiymətlərinin təxminən 5% artacağı gözlənilir”.

ŞƏRH YAZ
6