"MEGOBARI Aktının sürətləndirilmiş prosedurla qəbuluna qoyulan pauzanı üç senatorun birincisi aradan qaldırıb".
Aktual.ge xəbər verir ki, bu barədə jurnalist Aleks Raufoğlu mənbələrə istinadən yazıb.
Bundan əvvəl Aleks Raufoğlu məlumat yaymışdı ki, Senatda "MEGOBARI" Aktının qəbulunu üç senator – Rend Pol, Mayk Li və Markueyn Mallen – ləngidirdi.
Jurnalistin məlumatına görə, həmin senatorlar bildiriblər ki, lobbiçi qruplar onları yanlış yönləndirərək inandırıblar ki, guya "MEGOBARI Aktı" bütün əhalini sanksiyalara məruz qoyacaq.
Məlumat üçün bildirək ki, mayın 5-də ABŞ Konqresinin Nümayəndələr Palatası "MEGOBARI Aktı"nı dəstəkləyib.
Akt ABŞ prezidentini "Gürcü Arzusu"nun qurucusu və fəxri sədri Bidzina İvanişviliyə, hökumət rəsmilərinə və onların tərəfdarlarına, eləcə də ailə üzvlərinə qarşı sanksiyalar tətbiq etməyə məcbur edir.