Gürcüstanda tarixi günə hökumət əleyhdarları Milli Yığıncaq günü elan etdi
31.07.2025 12:13
739
Siyasət
A
Gürcüstanda tarixi günə hökumət əleyhdarları Milli Yığıncaq günü elan etdi

Dünyaca məşhur opera müğənnisi Paata Burçuladze bəyan edib ki, 4 oktyabr saat 16:00-da Tbilisinin Respublika Meydanında Milli Yığıncaq keçiriləcək.

Aktual.ge xəbər verir ki, o, bununla bağlı Tbilisidə Hökumət Administrasiyasının qarşısında tanınmış ictimai xadimlərlə birgə çıxış edərək deyib:

“4 oktyabr İvanişvilinin sülh yolu ilə devrilmə günü elan olunur. Bu, sadəcə bir etiraz tarixi deyil, tarixi qələbə günü olacaq.

Bu bəyanat hər hansı siyasi partiya və ya siyasətçiyə ünvanlanmayıb. Mən birbaşa gürcü xalqına müraciət edirəm: 4 oktyabr saat 16:00-da Respublika Meydanında toplaşırıq, Milli Yığıncaq keçiririk, rejimin ələ keçirdiyi ölkəmizi geri qaytarır və Gürcüstanın azadlığı üçün səs veririk. İvanişvilidən qanunsuz olaraq mənimsədiyi hakimiyyəti alıb xalqa qaytarmalıyıq. 4 oktyabr sadəcə etiraz günü olmayacaq, tarixi qələbə günü olacaq. Buna görə də həmin gün İvanişvilinin sülh yolu ilə devrilmə günü kimi elan edilir. Hazır ol, Gürcüstan – mübarizə sonadək davam edəcək!”.

Qeyd edək ki, 4 oktyabrda Gürcüstanda yerli özünüidarəetmə seçkiləri keçiriləcək.

 

ŞƏRH YAZ
0