Oruzman kəndində 1,8 milyon il əvvələ aid insana məxsus alt çənə sümüyü aşkar edilib
31.07.2025 18:33
532
Siyasət
A
Oruzman kəndində 1,8 milyon il əvvələ aid insana məxsus alt çənə sümüyü aşkar edilib

Dmanisi bələdiyyəsinin Aşağı Oruzman kəndi yaxınlığında aparılan arxeoloji qazıntılar zamanı erkən hominidə aid alt çənə sümüyü aşkar edilib.

Aktual.ge xəbər verir ki, bu mühüm tapıntı arxeoloq Giorgi Bidzinaşvilinin rəhbərlik etdiyi ekspedisiya tərəfindən üzə çıxarılıb.

Mütəxəssislərin fikrincə, çənə sümüyü təxminən 1,8 milyon il əvvələ aiddir və Dmanisidə daha əvvəl tapılmış hominid qalıqları ilə eyni dövrə təsadüf edir.

Qazıntılar zamanı həmçinin qədim heyvan sümükləri və primitiv daş alətlər də aşkar olunub. Gürcü akademiki Davit Lordkipanidze bu kəşfin erkən insan təkamülü və onların ilk məskunlaşma prosesi ilə bağlı elmi araşdırmalar üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Tapılmış materiallar Gürcüstan Milli Muzeyinə təhvil veriləcək və burada onlarla bağlı ətraflı laboratoriya tədqiqatları aparılacaq.

ŞƏRH YAZ
7