Tbilisinin Mtatsminda parkında Kaxa Kaladzenin merliyə namizədliyinin irəli sürülməsi tədbiri keçirilir.
Aktual.ge xəbər verir ki, tədbirdə "Gürcü Arzusu"nun qurucusu və fəxri sədri Bidzina İvanişvili də iştirak edir.
Tədbiri giriş nitqi ilə açan "Gürcü Arzusu" partiyasının sədri, Baş nazir İrakli Kobaxidze Tbilisi merliyinə Kaxa Kaladzenin namizədliyini rəsmən irəli sürüb.
O, cəmiyyətə göstərilən etimada görə təşəkkür edib və Kaxa Kaladzeni Tbilisi meri vəzifəsinə üçüncü müddətə namizəd kimi elan edib.
“2012-ci ildə İvanişvili Gürcüstanı xaricdən idarə olunan ağır avtoritarizmdən azad etdi" , -deyən İrakli Kobaxidze bunları qeyd edib:
“2012-ci ildə Gürcüstan xaricdən idarə olunan ağır avtoritarizmdən azad edildi və ölkəmiz inkişafın düzgün yoluna yönəldi. 2012-ci ildən bəri ölkə 13 illik fasiləsiz sülh içindədir, Gürcüstan heç vaxt olmadığı qədər müstəqil və suveren olub. Artıq beşinci ildir ki, Gürcüstan iqtisadi artım göstəricisinə görə Avropada birinci yerdədir. Bütün bunlar Bidzina İvanişvilinin xidmətidir və mən bir daha sizinlə birlikdə ona təşəkkürümü bildirmək istəyirəm“.
Baş nazir bildirib ki, bu gündən “Gürcü Arzusu”nun seçki kampaniyası başlanır.