01.08.2025 11:37
4216
Siyasət
A
"Aktual.ge"nin məlumatına görə, "Gürcü Arzusu" Marneuli merliyinə Daur İsmayılovun namizədliyinin üzərində dayanıb

Marneulidə qarşıdan gələn bələdiyyə seçkiləri öncəsi siyasi səhnədə temperatur getdikcə yüksəlir. Yayılan iddialara görə, hakim "Gürcü Arzusu" partiyası Marneuli merliyinə Daur İsmayılovun namizədliyini irəli sürməyə hazırlaşır.

Aktual.ge-nin verdiyi xüsusi xəbərə görə, bu barədə artıq fərqli mənbələrdə sızmalar, ehtimallar və siyasi kulislərdən gələn xəbərlər yayılmağa başlayıb.

Məlumata əsasən, partiya daxilində Daur İsmayılovun namizədliyi ətrafında ciddi müzakirələr gedir və bu qərarın yaxın günlərdə rəsmi elan olunacağı gözlənilir.

Siyasi səhnədə yüksələn temperatur fonunda Daur İsmayılovun özü isə yayılan məlumatlara nə təsdiq, nə də təkzib verib. 

"Gürcü Arzusu 2017-ci ildə Amiran Giorqadzenin seçki plakatını söküb, yerinə Temur Abazovu merliyə təqdim edən bir partiyadır. Son qərarla Daur İsmayılovun üzərində dayanılıb, lakin hər an yeni qərarla Kənan Ömərovun yenidən namizədliyi irəli sürülə bilər" , - ayrı bir etibarlı mənbə Aktual.ge xəbər portalına söyləyib.

Daur İsmayılov kimdir?

1994-cü il təvəllüdlü Daur İsmayılov, iş adamı İntiqam İsmayılovun oğludur. Siyasi fəaliyyətinə Kvemo Kartli quberniyasında başlayan İsmayılov hazırda Marneuli Bələdiyyə Məclisində çalışır. 31 yaşlı gənc, xüsusilə 2024-cü il parlament seçkiləri zamanı "Gürcü Arzusu" partiyasının ətrafında göstərdiyi fəallıqla tanınmağa başlayıb.

ŞƏRH YAZ
38