Aktual.ge xəbər portalında fəaliyyət göstərən “Şahmat TV” bölməsi şahmat həvəskarlarına növbəti, ikinci verilişini təqdim edir.
Aktual.ge xəbər verir ki, bu dəfəki buraxılışda gənc şahmatçı Qasım Əliyev dünyanın ən gənc beynəlxalq qrossmeysterlərindən biri olan və artıq dünya çempionu titulunu qazanan Gukeş Dommaraju haqqında geniş məlumat təqdim edir.
O, Gukeşin şahmat aləminə sürətli yüksəlişindən, beynəlxalq turnirlərdəki uğurlarından, unikal oyun üslubundan danışır və onun seçilmiş partiyalarından birini təhlil edərək oyunun strateji və taktiki məqamlarını izah edir.
“Şahmat TV” daim şahmat həvəskarları üçün maarifləndirici və maraqlı materiallar təqdim etməyə davam edəcək.
Veriliş II
Mövzu: Gukeş Dommaraju
Aparıcı: Qasım Əliyev
“İnkişaf və Təhsil Mərkəzi” və “Aktual Media” arasında imzalanmış memorandum çərçivəsində yayımlanan bu bölmənin məqsədi şahmatın regionda inkişafı və gənclər arasında təbliğidir.