BMT: Qəzzada ərzaq əldə etməyə cəhd edən ən azı 1 373 fələstinli həlak olub
01.08.2025 15:10
410
Dünya
A
BMT: Qəzzada ərzaq əldə etməyə cəhd edən ən azı 1 373 fələstinli həlak olub

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OCHR) məlumatına görə, 27 maydan bu günə qədər Qəzzada ərzaq əldə etməyə cəhd edən ən azı 1 373 fələstinli həlak olub.

Aktual.ge xəbər verir ki, bu barədə təşkilat məlumat yayıb.

Məlumata əsasən, həlak olanlardan ən azı 859-u Qəzza Humanitar Fondu (GHF) tərəfindən idarə olunan və ABŞ-ın özəl mühafizə şirkətləri tərəfindən qorunan, İsrailin hərbi zonalarında yerləşən dörd paylama mərkəzindən birinin yaxınlığında öldürülüb.

BMT bildirir ki, onların əksəriyyəti İsrail hərbçiləri tərəfindən öldürülüb.

BMT agentlikləri qeyd edir ki, Qəzzada kütləvi aclıq süni şəkildə yaradılıb və bunun məsuliyyəti İsrailin üzərinə düşür. Eyni zamanda, İsrail humanitar yardıma heç bir məhdudiyyət qoyulmadığını və bölgədə aclıq təhlükəsinin mövcud olmadığını iddia edir.

ŞƏRH YAZ
17