Xeyriyyəçi iş adamının təşəbbüsü ilə qurulan Birlik təşkilatı bir yaşını qeyd edib - VİDEO
02.08.2025 13:53
1010
Mədəniyyət
A
Xeyriyyəçi iş adamının təşəbbüsü ilə qurulan Birlik təşkilatı bir yaşını qeyd edib - VİDEO

Marneulidə Yuxarı Saral İctimai Birliyi təşkilatının yaranmasının birinci ildönümü münasibətilə təntənəli tədbir keçirilib.

Aktual.ge xəbər verir ki, Marneulidə yerləşən Qafqaz restoranında baş tutan tədbirdə Marneuli bələdiyyəsinin Yuxarı Saral kəndinin sakinləri, ziyalılar, müəllimlər, iş adamları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən İctimai Birliyin rəhbərliyi və təşkilatın fondunun nümayəndələri il ərzində görülən işlər, həyata keçirilən layihələr və gələcək planlar barədə məlumat veriblər. Qeyd olunub ki, xeyriyyəçi iş adamı Rəhim Hüseynovun təşəbbüsü ilə qurulan Yuxarı Saral İctimai Birliyi kəndin sosial, mədəni və təhsil sahələrinin inkişafına töhfə vermək məqsədi daşıyır.

Burada açıqlama verən Yuxarı Saral İctimai Birliyi təşkilatının təsisçisi, xeyriyyəçi iş adamı Rəhim Hüseynov, birliyin yaranma məqsədindən və görülən işlərdən danışıb.

Qeyd edək ki, bir sıra xeyriyyə işləri ilə yanaşı xeyriyyəçi iş adamı Rəhim Hüseynovun təşəbbüsü ilə Yuxarı Saral kəndində memarlıq gözəlliyi ilə seçilən İmam Zaman adına məscid, kənd sakinləri üçün mərasim evi və gənclər üçün icma mərkəzi inşa edilib. Eyni zamanda kəndin Qəbirsanlığının yolu abadlaşdırılıb. 

ŞƏRH YAZ
3