Azərbaycan Respublikasından İraqın Kərbəla şəhərinə "Ərbəin" ziyarətinə gedən zəvvarlara Marneuli Mərkəzi Həzrəti İmam Əli əleyhissəlam Məscidi 10 gündən çoxdur ki, ev sahibliyi edir.
İyul ayının 24-dən etibarən azərbaycanlı zəvvarlar, İmam Hüseynin (ə) "Ərbəin" - 40 mərasiminə yola çıxarkən, Marneuli Mərkəzi Məscidində ən azı 2 gün istirahət edir, ehtiyaclarını qarşılayıb, sonra yenidən yola davam edirlər.
İyulun 24-dən etibarən buraya gələn müxtəlif zəvvar qruplarının bütün ehtiyacları Məscid tərəfindən təmin olunur: qalmaq üçün yer, gündə 3 dəfə yemək, məhdudiyyətsiz çay və su, eləcə də digər zəruri ehtiyaclar qarşılanır.
Marneuli İmam Əli əleyhissəlam Məscidinin axundu, imam cümə Hacı Hacıyev bildirib ki, onlar artıq minə qədər zəvvarı qonaq ediblər.
Din xadimi həmçinin bildirib ki, Marneuli Mərkəzi Məscidi ilə yanaşı, digər məscidlər də azərbaycanlı zəvvarlara ev sahibliyi ediblər.
Azərbaycanlı zəvvarlar isə İmam Əli əleyhissəlam Məscidində səmimi qarşılandıqlarını və bütün ehtiyaclarının təmin edildiyini bildiriblər.
Daha ətraflı video xəbəri edirik: