Benzin və dizelin qiyməti QALXDI
07.08.2025 01:04
36082
İqtisadiyyat
A
Benzin və dizelin qiyməti QALXDI

Gürcüstanda avqust ayında da yanacaq bahalaşıb və müxtəlif brend yanacaqdoldurma məntəqələrində yanacağın qiyməti 3-10 tetri arasında artıb.

Aktual.ge xəbər verir ki, bəzi yanacaq idxalçısı və satıcısı şirkətlərin veb saytlarında yerləşdirilən qiymət arxivləri vasitəsilə hansı şəbəkədə, nə qədər və nə vaxt qiymət dəyişikliyi baş verdiyini izləmək mümkündür.

Avqustun 6-da bütün yanacaq növləri üzrə qiymətlər dəyişib. İyul ayından sonra 3-5 tetri artan qiymətlər bu dəfə 6 tetri bahalaşıb:

Yanacağın qiyməti yanacaqdoldurma məntəqələrində aşağıdakı kimidir:

Wissol

Eco Super – 3.56 lari (artım: 3 tetri)

Eco Premium – 3.17 lari (artım: 5 tetri)

Eco Dizel – 3.08 lari (artım: 4 tetri)

Euro Dizel – 3.03 lari (artım: 4 tetri)

Euro Regular – 2.96 lari (artım: 3 tetri)

Diesel Energy – 2.98 lari (artım: 4 tetri)

Gulf

Avqustun 4-də bütün növ yanacaq 4 tetri bahalaşıb:

G-Force Super – 3.57 lari (artım: 4 tetri)

G-Force Premium – 3.17 lari (artım: 4 tetri)

G-Force Euro Regular – 3.07 lari (artım: 4 tetri)

Euro Regular – 2.97 lari (artım: 4 tetri)

G-Force Euro Dizel – 3.13 lari (artım: 4 tetri)

Euro Dizel – 3.03 lari (artım: 4 tetri)

Qaz – 1.69 lari

SOCAR

İyulun 23-dən bəri bəzi yanacaq növləri 5-10 tetri arasında bahalaşıb:

Nano Super – 3.55 lari (artım: 10 tetri)

Nano Premium – 3.15 lari (artım: 10 tetri)

Nano Euro Regular – 2.95 lari (artım: 10 tetri)

Nano Euro 5 Dizel – 3.08 lari (artım: 5 tetri)

Euro 5 Dizel – 2.99 lari (artım: 9 tetri)

CNG (təbii qaz) – 1.60 lari

Rompetrol

Veb saytlarında qiymət arxivi mövcud olmasa da, iyulun sonu ilə müqayisədə qiymətlər sabit qalıb:

Efix Super – 3.54 lari

Efix Euro Premium – 3.17 lari

Euro Regular – 2.95 lari

Efix Euro Dizel – 3.10 lari

Euro Dizel – 3.05 lari

Lukoil

İyuldan sonra 5-10 tetri artım müşahidə olunur:

Euro Super – 3.49 lari (artım: 5 tetri)

Premium Avangard – 3.03 lari (artım: 10 tetri)

Euro Regular – 2.83 lari (artım: 8 tetri)

Euro Dizel – 2.98 lari (artım: 8 tetri)

Portal

Super – 3.19 lari (artım: 20 tetri)

Premium – 2.94 lari (artım: 5 tetri)

Euro Regular – 2.74 lari (artım: 5 tetri)

Euro Dizel – 2.99 lari (artım: 5 tetri)

Effect Dizel – 2.79 lari (artım: 5 tetri)

Qeyd edək ki, mart ayında brend yanacaqdoldurma məntəqələrində müxtəlif yanacaq növlərinin qiymətində azalma başlamışdı. Yanacaq şirkətlərinin nümayəndələri beynəlxalq bazarda neftin ucuzlaşmasını əsas gətirərək ölkə daxilində qiymətlərin daha da enəcəyini proqnozlaşdırırdılar. Bu azalma tendensiyası may ayında da davam etdi. Lakin Yaxın Şərqdəki münaqişə fonunda daxili bazarda yanacağın ucuzlaşma trendi əks istiqamətə dəyişdi. Son bir ayda beynəlxalq birjalarda neftin qiyməti dəyişməsə də, Gürcüstanda yanacaq idxalçıları və satıcıları qiymətləri artırıblar.

ŞƏRH YAZ
24