Kvemo Kartli polisi qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı bir nəfəri saxlayıb.
Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qurumun verdiyi məlumata görə, yaralanan şəxs xəstəxanaya yerləşdirilib. Bildirilib ki, saxlanılan şəxsi 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
“Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Qardabani Rayon Şöbəsinin əməkdaşları təxirəsalınmaz operativ və istintaq tədbirləri nəticəsində 1981-ci il təvəllüdlü E.G.-ni qəsdən adam öldürməyə cəhd ittihamı ilə saxlayıblar.
İstintaqla müəyyən olunub ki, müttəhim məişət zəminində başlayan mübahisə zamanı həmkəndlisi – 1994-cü il təvəllüdlü J.İ.-yə soyuq silahla döş qəfəsi nahiyəsindən bir neçə bıçaq xəsarəti yetirib və hadisə yerindən qaçıb. Yaralanan şəxs klinikaya yerləşdirilib.
Polis tərəfindən həyata keçirilən istintaq tədbirləri nəticəsində E.G. hadisədən qısa müddət sonra saxlanılıb.
Hüquq-mühafizə orqanları cinayətin aləti olan bıçağı maddi sübut kimi götürüblər. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19-108-ci maddəsi ilə istintaq aparılır” , - məlumatda deyilir.