Son 24 saatda 43 narkotacir saxlanılıb
07.08.2025 15:02
975
Kriminal
A
Son 24 saatda 43 narkotacir saxlanılıb

Son 24 saat ərzində Tbilisidə və regionlarda keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin satışı, satışa hazırlıq və satışa cəhd, eləcə də xüsusilə böyük miqdarda narkotik maddələrin ölkəyə gətirilməsi və əldə olunaraq saxlanılması faktlarına görə ümumilikdə 43 nəfər saxlanılıb.

Aktual.ge xəbər verir ki, bu barədə daxili işlər naziri Qela Qeladze məlumat verib.

Nazirin sözlərinə görə, saxlanılanlar arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları var.

"Ölkə üzrə aparılan operativ və istintaq tədbirləri nəticəsində saxlanılanların göstərdiyi ünvanlardan, həmçinin onların üzərindən, avtomobillərindən və yaşayış evlərindən sübut kimi böyük və xüsusilə böyük miqdarda narkotik maddələr götürülüb.

Bu cinayətlər 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Hüquq-mühafizə orqanlarının topladığı sübutlara əsasən müəyyən olunub ki, saxlanılan şəxslər narkotik maddələrin satışı üçün müxtəlif internet tətbiqlərindən, sosial şəbəkələrdən və həmçinin 'əldən-ələ ötürmə' üsulundan istifadə ediblər.

Polis, məhkəmə qərarı əsasında, narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən şəxslərdən bir neçə dəfə nəzarətli alış həyata keçirib və bu alışlar gizli audio-video qeydiyyatla sənədləşdirilib.

Daxili İşlər Nazirliyi və ona tabe olan polis bölmələrinin əməkdaşları ölkə miqyasında 24 saatlıq rejimdə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni və narkosatıcıların tutulması istiqamətində kompleks tədbirləri davam etdirirlər. Bunun üçün hər birinə təşəkkürümü bildirirəm”, – deyə daxili işlər naziri bildirib.

ŞƏRH YAZ
0