Avqustun 11-dək gözlənilən hava şəraiti | RƏSMİ PROQNOZ
08.08.2025 07:37
6544
Maraqlı
A
Avqustun 11-dək gözlənilən hava şəraiti | RƏSMİ PROQNOZ

Avqustun 8-i günün ikinci yarısından avqustun 11-dək Gürcüstanda yüksək temperatur fonunda yağış, şimşək, bəzi yerlərdə güclü yağış, qərb istiqamətli güclü külək və dolu gözlənilir.

Aktual.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.

Qeyd olunub ki, dənizdə 3-4 bal gücündə fırtınalı dalğalanma ehtimalı var.

"Gözlənilən yağıntılar Gürcüstanın kiçik çaylarında daşqınlara, təpəlik və dağlıq ərazilərdə isə sürüşmə və sel proseslərinin yaranmasına və ya aktivləşməsinə səbəb ola bilər" , - məlumatda deyilir.

Bildirilib ki, təhlükə səviyyəsi orta hesab olunur.

ŞƏRH YAZ
14