7 avqust 2025-ci il tarixində Marneuli bələdiyyəsinin Yuxarı Saral kəndində fəaliyyət göstərən "Saral İnkişaf və Təhsil Mərkəzi"ndə təhsil ilinin yekunu ilə bağlı təntənəli tədbir keçirilib.
Aktual.ge xəbər verir ki, tədbirdə həmçinin "İncəsənət" və "Texnologiya və Mühəndislik" kursunun yetirmələrinin əl işlərinin sərgisi keçirilib.Tədbir çərçivəsində mərkəzin saral.edu.ge saytının təqdimatı edilib.
Mərkəzin gənc müəllimi Sinan Babakişiyev sayt və funksiyaları haqda iştirakçılara geniş məlumat verib. Tədbirdə mərkəzin qurucusu, xeyriyyəçi Rəhim Hüseynov, "İnkişaf və Təhsil Mərkəzi"nin direktoru Emin Əhmədov, bələdiyyə məclisinin üzvü Adil Əliyev, kənd sakinləri çıxış ediblər, gənclərə gələcək fəaliyyətlərində uğurlar arzu etdilər.
Tədbirin yekununda kursları uğurla bitirən kurs üzvlərinə sertifikat və diplomlar təqdim olunub.



