08.08.2025 15:15
549
Siyasət
A
"Gürcü Arzusu cəzalandırılmalı, üzü-gözü cırılmalı, hakimiyyətdən uzaqlaşdırılmalıdır" | Kupradze

"Gürcü Arzusu" liderləri daimi olaraq gürcü xalqını və dövləti 2008-ci il Rusiya-Gürcüstan müharibəsinə başlamaqda ittiham edirlər – "Gürcü Arzusu", İvanişvili, Kobaxidze və başqaları Gürcüstanı müdafiəsiz və beynəlxalq tərəfdaşlarsız buraxırlar. Bütün bunlara bir cavab lazımdır: “Gürcü Arzusu”nun cəzalandırılması, üzü-gözü cırılmalıdır, hakimiyyətdən uzaqlaşdırılmalıdır. 

Aktual.ge xəbər verir ki, bu fikirləri müxalif “Lelo – Güclü Gürcüstan” koalisiyasının baş katibi İrakli Kupradze səsləndirib.

Onun sözlərinə görə, bu illər ərzində dəfələrlə sübut olunub və təsdiqlənib ki, Putin və Rusiya terrorçu dövləti hücum nəticəsində yüzlərlə Gürcüstan vətəndaşını qətlə yetirib.

"Bu illər ərzində dəfələrlə sübut olunub ki, Putin və Rusiya terrorçu dövləti tərəfindən həyata keçirilən hücum nəticəsində yüzlərlə vətəndaş öldürülüb. Nəticədə, dinc əhali, hərbçilər və polis əməkdaşları həlak olub. 'Gürcü Arzusu', İrakli Kobaxidze və Putinə bənzər mesajlarla gürcü cəmiyyətinə müraciət edənlər, Gürcüstan dövlətinə, milli maraqlara və gürcü xalqına qarşı xəyanətkar fəaliyyətlə məşğuldurlar. Bizim öhdəliyimiz ondan ibarətdir ki, Rusiyanın Gürcüstana qarşı başladığı müharibəyə cavab olaraq hüquqi, demokratik və güclü gürcü dövləti quraq, elə bir dövlət ki, tərəfdaşları ilə birgə özünü müdafiə etməyə hazır olacaq.

Bunun üçün bizə güclü beynəlxalq tərəfdaşlar lazımdır, lakin 'Gürcü Arzusu', İvanişvili, Kobaxidze və başqaları bu tərəfdaşlığı məhv edir və öldürürlər. Onlar Gürcüstanı müdafiəsiz və tərəfdaşsız buraxırlar. Bütün bu proseslərə bir cavab verilməlidir, 'Gürcü Arzusu' cəzalandırılmalı, üzünə şillə vurulmalı və hakimiyyətdən uzaqlaşdırılmalıdır”, - deyə İrakli Kupradze qeyd edib.

Məlumat üçün bildirək ki, Baş nazir İrakli Kobaxidzenin sözlərinə görə, sənədlər birmənalı şəkildə sübut edir ki, avqust müharibəsini o dövrün hakimiyyəti başlayıb və bununla da ölkənin milli maraqlarına ağır zərbə vurub. Onun sözlərinə görə, “Gürcü Arzusu” ölkənin müstəqilliyini sona qədər qoruyacaq ki, “Bu cür cinayətlər bir daha təkrarlanmasın”.

“8 avqust faciəvi tarixdir – bu, o zamankı hakimiyyətin həyata keçirdiyi ən ağır avantüra və xəyanət idi. Bu gün bizə xatırladır ki, ölkə mütləq suveren hakimiyyət tərəfindən idarə olunmalıdır”, – deyə İrakli Kobaxidze jurnalistlərə müsahibəsində söyləyib. 

ŞƏRH YAZ
3