08.08.2025 20:44
728
Dünya
A
"Tbilisinin Sxinvaliyə təcavüzü etiraf olunarsa, dialoq mümkündür" | Rəsmi Moskva

“Gürcüstanla Abxaziya və Cənubi Osetiya arasında birbaşa dialoq Tbilisinin Sxinvaliyə təcavüzü faktını tanıması fonunda irəliləyə bilər”.

Aktual.ge xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ölkəsinin 2008-ci ilin avqustunda Gürcüstan ərazilərinə hərbi müdaxiləsinin ildönümü barədə danışarkən deyib.

“Gürcüstan hakimiyyətinin keçmiş prezident Mixeil Saakaşvilinin Cənubi Osetiyaya qarşı son bir ildə təcavüz faktını ictimaiyyət tərəfindən tanınması, o cümlədən abxazlar və osetinlərlə barışığın zəruriliyi ilə bağlı bəyanatları fonunda Cenevrə razılaşmaları çərçivəsində danışıqlarda irəliləyiş ehtimalı var. Gürcüstan rəhbərliyinin bu açıqlamalarının Tbilisinin Suxumi və Sxinvali ilə münasibətlərin qurulmasına yanaşmalarında həlledici rol oynaması, həmçinin konkret praktiki addımlara çevrilməsi vacibdir”, - diplomat söyləyib.

Zaxarova əlavə edib ki, danışıqlar prosesinin prioritet məsələlərindən biri Gürcüstanın Abxaziya və Cənubi Osetiyaya qarşı güc tətbiq etməməsinə dair hüquqi qüvvəyə malik sazişin bağlanması olaraq qalır:

"Bu, 2008-ci ilin avqustunda baş vermiş faciəli hadisələrin təkrarlanmayacağına etibarlı təminat olmaqla yanaşı, həm də Tbilisi-Suxumi-Sxinvali üçbucağının nizamlanması üçün başlanğıc nöqtəsi olacaq. Gürcüstan-Abxaziya və Gürcüstan-Cənubi Osetiya sərhədlərinin delimitasiyası, sonradan demarkasiyası ilə üç dövlətin sərhədyanı rayonlarında vəziyyətin sabitləşməsinə şərait yaradacaq. Rusiya bu proseslərə hər cür dəstək verməyə hazırdır”. 

ŞƏRH YAZ
15