Kateqoriyalar
Xulo bələdiyyəsinin Mta Zortikel kəndi yaxınlığında baş verən yol-nəqliyyat hadisəsi nəticəsində orta yaşlı qadın həyatını itirib, bir nəfər isə ağır yaralanıb.
Aktual.ge xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Məlumata görə, yaralanan kişi xəstəxanaya yerləşdirilib. Hadisə zamanı ər-arvad yük avtomobili ilə hərəkətdə olublar. Qəza zamanı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb.
Daxili İşlər Nazirliyinin verdiyi məlumata əsasən, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsinin altıncı hissəsi üzrə istintaq aparılır.