Gürcüstan Ermənistan, Azərbaycan, region və bütün dünya üçün bu tarixi anı alqışlayır. Aktual.ge xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasına belə münasibət bildirib.
“Donald Trampı, İlham Əliyevi və Nikol Paşinyanı bu nailiyyət, mühüm sülh sazişinin imzalanması və regionda sabitlik və iqtisadi inkişafın yeni dövrünün başlanması münasibətilə təbrik edirəm. Gürcüstan həmişə regional sülh və əməkdaşlığı dəstəkləyib və bundan sonra da sarsılmaz dəstəyini davam etdirəcək,” – deyə İrakli Kobaxidze "X" sosial şəbəkəsində yazıb.
Xatırladaq ki, avqustun 8-də Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycanın prezidenti İlham Əliyev ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda sülh sazişi imzalayıb.