Ermənistan və Azərbaycanın sülh sazişinə müxalif liderlərin ilk şərhləri
09.08.2025 16:02
1858
Siyasət
A
Ermənistan və Azərbaycanın sülh sazişinə müxalif liderlərin ilk şərhləri

"Gürcüstan bu yeni regional reallığın, sülhün formalaşmasının, xalqlar arasında əlaqələrin və ortaq gələcəyimizin təmin olunmasının mühüm memarı olmalı idi, lakin anti-milli, pro-Rusiya 'Gürcü Arzusu' ölkəni tərəqqi və rifahdan uzaqlaşdırdı".

Aktual.ge xəbər verir ki, müxalif “Qaxaria Gürcüstan Naminə” partiyasının lideri Giorgi Qaxaria “X” sosial şəbəkəsində dünən Azərbaycan və Ermənistan arasında imzalanmış sülh sazişinə belə münasibət bildirib.

“Dostlarımızı və qonşularımızı - Ermənistanı və Azərbaycanı, onların liderlərini - Prezident Əliyev və Baş nazir Paşinyanı sülhü seçdiklərinə və Cənubi Qafqaz tarixində yeni bir səhifə açdıqlarına görə təbrik edirik. Prezident Trampın liderliyi ilə ABŞ bir daha regionda sülh və sabitliyin təmin edilməsinə sadiqliyini sübut etdi.

Buna baxmayaraq, Gürcüstan prezident Trampın Cənubi Qafqazda sülh və rifah layihəsində mütləq öz layiqli geostrateji yerini tutacaq, bu isə sadəcə zaman məsələsidir” , - deyə müxalif lider qeyd edib.


Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasını alqışlayır.

“Donald Trampa, Nikol Paşinyana və İlham Əliyevə – sizin uğurunuz Qafqazda sülh və tərəqqi uğurudur. Gürcülər sülhün və müstəqilliyin qiymətini bilirlər və on illər ərzində Rusiyanın mane olduğu bu böyük nailiyyəti yüksək qiymətləndirirlər” , - deyə o, qeyd edib.


Müxalif "Lelo - Güclü Gürcüstan" koalisiyasının liderlərindən biri Salome Samadaşvili isə Vaşinqtonda imzalanan Ermənistan-Azərbaycan sülh sazişinə münasibət bildirib və "Gürcü Arzusu"nu tənqid edib. Onun sözlərinə görə, dünənki gün – qonşularımız Azərbaycan və Ermənistan Prezident Trampın liderliyi altında tarixi razılaşma imzaladıqları zaman Gürcüstanın nə itirdiyini açıq şəkildə göstərdi.

"Dünən Vaşinqtonda keçirilən tarixi görüşə və hazırda Gürcüstanın Bidzina İvanişvilinin rus yönümlü hakimiyyətinin siyasəti nəticəsində düşdüyü ağır vəziyyətə münasibət bildirmək istəyirəm.

Dünən hamımız birlikdə tarixi sazişi gördük – qonşularımız Azərbaycan və Ermənistan Prezident Trampın liderliyi altında, ABŞ-ın birbaşa iştirakı, həm maliyyə, həm də təhlükəsizlik təminatları ilə, yalnız uzunmüddətli sülh və münasibətlərin normallaşmasına deyil, həm də yeni tranzit dəhlizinin – Zəngəzur dəhlizinin yaradılmasına razılaşdılar. Bu dəhliz Rusiyanı kənar keçməklə Qərbi Xəzər dənizi regionu ilə birləşdirən yeni nəqliyyat yolunu təmin edəcək. Bu, həm real olaraq əldə olunmuş sülhün, həm də ABŞ-la real strateji əməkdaşlığın nəticəsidir. Biz həm Ermənistana, həm də Azərbaycana təbriklərimizi çatdırırıq. Bu, “Gürcü Arzusu”nun uydurduğu saxta sülh deyil ki, əslində Rusiyanın bütün tapşırıqlarının yerinə yetirilməsi, Gürcüstanın strateji maraqlarından imtina və ölkənin faktiki olaraq suverenliyinin itirilməsi deməkdir. İvanişvilinin siyasətinin bu gün yeganə nəticəsi odur ki, Rusiya, Mariya Zaxarovanın dili ilə, hökumətinə tapşırıq verir ki, işğal olunmuş ərazilərin müstəqilliyini tanısın və onlarla ikitərəfli münasibətlər qurmağa hazırlaşsın.

Bunun əksinə olaraq, bəli, dünənki tarixi gün bizə göstərdi ki, qonşuluğumuzdakı suveren dövlətlərin öz xalqlarının rifahı üçün atdıqları addımlar nə deməkdir. Bu saziş həm Azərbaycanın, həm də Ermənistanın suverenliyini, sülhünü möhkəmləndirdi və xalqlarının rifahı üçün yeni, unikal imkanlar yaratdı. İmkanlar ki, Gürcüstanı da kənarda qoyur. İvanişvilinin “rus rejimi” Gürcüstana tarixi şansı itirdib – Rusiya göstərişi ilə Anakliya layihəsinin təsisçiləri Mamuka Xazaradze və Badri Japaridzenin hüquqi təqibi yolu ilə bu əsrin layihəsini məhv etdi, xalqı illərlə boş vədlərlə aldatdı. Bunun nəticəsində Gürcüstan, tranzit baxımından da, həm cəlbediciliyini, həm də funksiyasını itirdi və bu gün regionda yeni layihələr həyata keçirilərkən artıq qlobal miqyasda rəqabət qabiliyyətli ölkə deyil. Bu gün ABŞ bu regionda rolunu artırmaq üçün yeni strateji qətiyyət nümayiş etdirərkən, Gürcüstan dünyanın ən güclü dövləti ilə strateji əməkdaşlıq müqaviləsini itirib. 

Belə vəziyyətdə, aydındır ki, Gürcüstanın nə tranzit, nə də digər funksiyası Qərb ölkələri üçün olmayacaq. Bu isə Gürcüstan vətəndaşı üçün gələcəkdə daha da artan işsizlik, bahalaşma, ağırlaşan yaşayış şəraiti və hətta viza rejimi ləğv edilərsə, fiziki izolasiya deməkdir",  - Salome Samadaşvili söyləyib.
 

Müxalif "Strategiya Aghmaşenebeli”nin liderlərindən biri Paata Manjqaladze də Ağ Evdə Azərbaycan-Ermənistan arasında imzalanan sülh sazinə münasibət bildirərək qeyd edib ki, "Gürcü Arzusu" cəfəngiyyatdan danışdığı bir vaxtda ətrafdakı rus təsirləri çökür.

"Belə miqyaslı geosiyasi dəyişikliklər baş verir, Ermənistan və Azərbaycan da sülh sazişi imzalayır, 'Gürcü Arzusu' isə hələ də bu cəfəngiyatlardan danışırlar ki, guya Tramp 'dərin dövlət'lə, qlobal müharibə qüvvələri ilə mübarizədə məğlub olub. Əgər elədirsə, bəs niyə hər kəsə sülh sazişi imzaladırlar, ya da niyə Rusiyanı Ukraynadakı aqressiv müharibəni dayandırmağa məcbur edirlər?

Bir az beyninizi işə salın və heç olmasa o sizin Rusiya Xarici Kəşfiyyat Xidməti kuratorlarınıza deyin ki, bu cəfəngiyatları bizə danışdırmasınlar. Nə qlobal müharibə qüvvələri, nə 'dərin dövlət', nə də Qərb bizə müharibə zorla qəbul etdirir.

Bu təbliğatı başa düşürəm, amma əvvəllər baş verən müharibə və münaqişələri Rusiyanın yox, guya qlobal müharibə qüvvələrinin, yəni Avropa və Amerikanın günahı adlandırmağınızı hələ də niyə danışırsınız və təkrarlayırsınız? Sizə nə olub belə? Doğrudan da bir az beyninizi işə salın və bu ölkəni rahat buraxın. Görmürsünüzmü ki, siz bu cəfəngiyatlardan danışdıqca ətrafınızdakı bütün rus təsirləri dağılır?”, - deyə Paata Manjqaladze söyləyib.

ŞƏRH YAZ
2