Gürcüstanda yanacağın qiyməti artmaqda davam edir. 20 iyuldan bu günə qədər brend yanacaqdoldurma məntəqələrində qiymətlər bir neçə dəfə dəyişib.
Aktual.ge xəbər portalının hesablamalarına görə, 20 iyuldan bəri brend yanacaqdoldurma məntəqələrində yanacağın qiyməti növündən asılı olaraq 5-25 tetri aralığında bahalaşıb.
Qeyd edək ki, qiymət artım tendensiyası bu həftə də davam edib. Məsələn, 4-10 avqust tarixləri arasında üç yanacaqdoldurma məntəqəsində qiymətlər 5-10 tetri arasında yüksəlib.
Brend yanacaqdoldurma məntəqələrində yanacağın bahalaşdığını və mövcud qiymətləri təqdim edirik:
Gulf (bu həftə əlavə olaraq 4 tetri bahalaşıb)
G-Force Super – 3.57 lari
G-Force Premium – 3.17 lari
G-Force Euro Regular – 3.07 lari
Euro Regular – 2.97 lari
G-Force Euro Dizel – 3.13 lari
Euro Dizel – 3.03 lari
Wissol (5 avqustdan etibarən 3-5 tetri bahalaşıb)
Eko Super – 3.56 lari
Eko Premium – 3.17 lari
Eko Dizel – 3.08 lari
Euro Dizel – 3.03 lari
Euro Regular – 2.96 lari
SOCAR (bu həftə qiymətlər dəyişməyib)
Nano Super – 3.50 lari
Nano Premium – 3.10 lari
Nano Euro Regular – 2.90 lari
Euro 5 Dizel – 2.94 lari
Nano Euro 5 Dizel – 3.03 lari
Rompetrol (8 avqustdan etibarən 4-9 tetri bahalaşıb)
Efix Super – 3.59 lari
Efix Euro Premium – 3.21 lari
Euro Regular – 3.04 lari
Efix Euro Dizel – 3.15 lari
Euro Dizel – 3.10 lari
Portal (bu həftə qiymətlər dəyişməyib)
Super – 3.19 lari
Premium – 2.94 lari
Euro Regular – 2.74 lari
Euro Dizel – 2.99 lari
Effektiv Dizel – 2.74 lari