Ədliyyə Nazirliyinin Dövlət Xidmətləri İnkişafı Agentliyi müəyyən kateqoriyadan olan vətəndaşlar üçün şəxsiyyət vəsiqəsinin elektron forması (ID kart) güzəştli qiymətlə verilməsi aksiyasına başlayır.
Aktual.ge xəbər verir ki, bununla bağlı agnetlik məlumat yayıb.
Bildirilib ki, aksiya bu gündən başlayır və 5 sentyabra qədər davam edəcək.
Qeyd olunub ki, aksiyanın məqsədi vətəndaşların elektron sənədlə təmin edilməsi və seçici siyahılarının təkmilləşdirilməsidir.
“Şəxsiyyət vəsiqəsinin elektron formasını yarı qiymətə əldə edəcəklər:
- Heç vaxt elektron şəxsiyyət vəsiqəsi almamış yetkin yaşlı vətəndaşlar;
- Etibarlılıq müddətinin bitməsi səbəbindən elektron şəxsiyyət vəsiqəsi ləğv edilmiş və ya cari ilin 5 oktyabrına qədər ləğv ediləcək olan, həmçinin etibarlı biometrik pasportu olmayan yetkin yaşlı vətəndaşlar;
- 5 oktyabr tarixinədək 18 yaşı tamam olacaq, etibarlılıq müddətinin bitməsi səbəbindən elektron şəxsiyyət vəsiqəsi ləğv edilmiş və ya həmin tarixədək ləğv ediləcək olan, həmçinin etibarlı biometrik pasportu olmayan vətəndaşlar;
- 5 oktyabr tarixinədək 18 yaşı tamam olacaq və hələ ki, onlara elektron şəxsiyyət vəsiqəsi verilməmiş vətəndaşlar.
Aksiya çərçivəsində elektron şəxsiyyət vəsiqəsi 10-cu iş günündə yarı qiymətə veriləcək, sənəd üçün tələb olunan fotoşəkil isə pulsuz olacaq.
ID kart üçün müraciəti Dövlət Xidmətləri İnkişafı Agentliyinin ərazi şöbələrində, Ədliyyə evlərinin filiallarında və mobil Ədliyyə evlərində etmək mümkündür” , - məlumatda deyilir.