2008-ci ilin Şindisi döyüşündən 17 il ötür.
Aktual.ge xatırladır ki, Qori bələdiyyəsinin Şindisi kəndinin kənarında, Şindisi Qəhrəmanları abidəsinin önündə, qəhramanların yaxınları, döyüş yoldaşları, həmçinin hakimiyyət və ictimaiyyət nümayəndələri səhərdən etibarən toplaşırlar.
17 il əvvəl, 2008-ci il avqustun 11-də, Gürcüstan Müdafiə Qüvvələrinin Senaki batalyonunun 2-ci piyada briqadası, mühəndis bölməsi ilə birlikdə, avtomobil kolonu ilə Qori bələdiyyəsinin Şindisi kəndi ərazisindən keçirdi. Hərəkət zamanı Şindisi dəmir yolu stansiyası yaxınlığında Gürcüstan bölməsi rus motoatıcı batalyonunun pusqusuna düşdü.
Atışma zamanı hər iki tərəf 70 metr radiusda döyüşürdü. Mövcud məlumata görə, mühasirəyə düşmüş Gürcüstan bölməsinin döyüş resursu az idi. Buna baxmayaraq, bölmə düşmənə ciddi zərər vurdu.
2008-ci il avqustun 11-də, rus hərbi hissəsi ilə qeyri-bərabər döyüş zamanı Gürcüstan Müdafiə Qüvvələrinin 2-ci piyada briqadasının 17 əsgəri həlak oldu – Aleksandre Oniyani, Emzar Tsilosani, Vefxvia Jişkariani, Zviad Katsadze, Teimuraz Beridze, İlia Qabunia, İlia Şeqlaşvili, İrakli Canelidze, Kaxa Koşadze, Levan Melkadze, Marlen Baramia, Mixeil Dvalişvili, Nikoloz Forçxidze, Roman Zoidze, Ruslan Tsuladze, Feliks Kakauridze və Şmagi Kupatadze.
Şindisidə, silahlı qarşıdurmanın baş verdiyi yerdə, Şindisi Qəhrəmanlarının portret abidəsi ucaldılıb və həmin ərazidə müqəddəs Giorgi adına fəaliyyət göstərən kilsə yerləşir.