Kateqoriyalar
Yerli özünüidarəetmə seçkiləri ərəfəsində Marneulidə diqqət mərkəzində olan “Gürcü Arzusu” partiyası mer namizədi kimi Daur İsmayılovun üzərində dayanıb.
Aktual.ge-nin əldə etdiyi eksklüziv məlumata görə, bu qərar artıq partiya daxilində təsdiqlənib və bu gün saat 17:00-da rəsmi şəkildə təqdim ediləcək.
Məlumatı təsdiqləyən üç etibarlı mənbə bildirib ki, “Gürcü Arzusu” Daur İsmayılovla birlikdə Marneulidə yeni siyasi mərhələyə qədəm qoymağa hazırlaşır.
Bundan başqa, əldə etdiyimiz məlumatlara əsasən, partiya artıq İsmayılovun seçki kampaniyası üçün nəzərdə tutulmuş plakat çəkilişlərini yekunlaşdırıb və onun tərcümeyi-halı hazırda partiyanın ixtiyarındadır.