Baş nazir:
11.08.2025 14:38
689
Siyasət
A
Baş nazir: "2008-ci il müharibəsinə Saakaşvili başladı"

"Müharibəni Gürcüstan yox, Saakaşvilinin xəyanətkar, xaricdən gətirilmiş rejimi başladı".

Aktual.ge xəbər verir ki, bunu Gürcüstanın Baş nazir İrakli Kobaxidze Şindisi qəhrəmanlarının memorialında olarkən jurnalistlərə müsahibəsində söyləyib. 

Onun sözlərinə görə, “Saakaşvili və ‘Vahid Milli Hərəkat’ tərəfindən edilən heç bir xəyanət Rusiya Federasiyası tərəfindən həyata keçirilmiş işğala haq qazandıra bilməz.

“2008-ci ilin müharibəsini Saakaşvilinin rejimi başladı, birmənalı olaraq. Saakaşvili prezident vəzifəsində saxtalaşdırılmış yolla qalmışdı və bu xain, saxtalaşdırılmış yolla vəzifədə qalan xain, xarici agent 2008-ci ildə tapşırığı yerinə yetirdi və müharibəyə başladı. Necə ki, demək olmaz ki, Gürcüstan Sandro Girgvlianini öldürdü və ya Gürcüstan Buta Robakidzeni öldürdü, eyni şəkildə demək olmaz ki, 2008-ci ildə müharibəni Gürcüstan başladı. 2008-ci ildə müharibəni Gürcüstan yox, Saakaşvilinin xəyanətkar, xaricdən gətirilmiş rejimi başladı. Əslində, 2003-cü ildə onları hakimiyyətə xaricdən gətirdilər. Xalqı aldatdılar, hakimiyyəti xaricdən gətirdilər. Onlar əvvəldən xarici agent idilər və 2008-ci ildə xəyanət etdilər. Müharibəyə başlayaraq əsas xəyanətkar tapşırığı yerinə yetirdilər” , - deyə İrakli Kobaxidze deyib.

Baş qeyd edib ki, 2018-ci ilə qədər “Vahid Milli Hərəkat” nümayəndələri müharibəni onların başlamadığını deməyə cəsarət etmirdilər.

“Əvvəlcə başqasının adından danışmayın. Müharibənin başlamasına gəldikdə, kim müharibəni başladısa, bu, müvafiq sənədlərdə təsbit olunub, sizin partiyanızın imzası ilə də təsdiqlənib. Bunlar Avropa Şurasının qətnaməsi, Talyavini hesabatı və birbaşa sizin prezidentiniz Mixeil Saakaşvilinin əmri ilə təsdiqlənmişdir. Hər üç sənəddə açıq şəkildə Saakaşvilinin rejiminin müharibəni başladığı qeyd olunur. 2018-ci ilə qədər bu rejim və bu partiyanın nümayəndələri müharibəni onların başlamadığını deməyə cəsarət etmirdilər. 2018-ci ildə belə bir hadisə oldu – Salome Zurabişvili o vaxtkı hökumətin müharibəyə başladığı barədə bəyanat verdi. Bu, ‘Vahid Milli Hərəkat’a əksini sübut etmək üçün bəhanə verdi. O vaxt çətin dövr idi, çünki ‘Gürcü Arzusu’nun daxilində də vəziyyət sadə deyildi və bizə Salome Zurabişvilini müdafiə etmək çətin idi.

O zaman Salome Zurabişviliyə izah etdik ki, həmin anda həqiqəti demək məqsədəuyğun deyil, çünki müdafiə mövqeyinə çəkilməli olacaqdıq. Komandada xaricdən yerləşdirilmiş insanlar var idi və belə şəraitdə həqiqəti demək düzgün olmazdı. Məhz dediyimiz kimi də oldu” , - deyə İrakli Kobaxidze qeyd edib.

ŞƏRH YAZ
21