Baş nazir rayonlar üzrə namizədləri rəsmən təqdim etdi
11.08.2025 17:50
1096
Siyasət
A
Baş nazir rayonlar üzrə namizədləri rəsmən təqdim etdi

"Gürcü Arzusu" partiyası 63 bələdiyyədə merliyə namizədlərini təqdim edib.

Aktual.ge xəbər verir ki, merliyə namizədləri partiyanın sədri, Baş nazir İrakli Kobaxidze açıqlayıb.

"Bildiyiniz kimi, biz seçki kampaniyasını başladıq, paytaxtın merliyinə namizədi və Tbilisi Şurasına majoritar deputatlığa namizədləri təqdim etdik.

Bu gün, 'Gürcü Arzusu'nun sədri və seçki qərargahının rəhbəri kimi, sizə ölkə üzrə — 63 bələdiyyədə merliyə namizədləri təqdim etmək istəyirəm. Əslində, əksər hallarda artıq namizədlərin kimliyi məlumdur, bannerlər və bilbordlar asılıb, amma mən istəyirəm ki, bütün 63 merliyə namizədi birlikdə təqdim edim.

İlk növbədə, qeyd etməliyəm ki, bütün sorğulara əsasən, yerli özünüidarəetmə cəmiyyətdə xüsusi yüksək etimaddan istifadə edir. Təbii ki, bizim məqsədimiz bu etimadı daha da möhkəmləndirməkdir. Bu, partiyamızın yerli nümayəndələrinin, yerli hakimiyyətin liderlərinin — merlərin, şura sədrlərinin, şura üzvlərinin, yerli hakimiyyətin hər bir əməkdaşının xidmətidir. Fürsətdən istifadə edərək, onlara xüsusi təşəkkürümü bildirmək istəyirəm. Xüsusi təşəkkürümü son 4 ildə peşəkarlıq və vicdanla öz bələdiyyələrinə və yerli əhaliyə xidmət etmiş bələdiyyə merlərinə bildirirəm.

Qeyd etməliyəm ki, bu gün təqdim edəcəyimiz 63 namizəddən çoxu hazırkı mer və ya merin səlahiyyətlərini icra edən şəxsdir. Eyni zamanda, biz müxtəlif bələdiyyələrdə yeni namizədləri də təqdim edirik.

Kaxetidən başlayacağam, burada 8 bələdiyyədən 5-də hazırkı merləri namizəd kimi təqdim edirik. Bunlar:
Axmeta — Aleksi Fitsxelauri;
Qurcaani — Giorgi Maçavariani;
Dedoplistsxaro — Nikoloz Cania.vili;
Laqodexi — Jondo Mdivni.vili;
Siğnaği — Malxaz Beqiaşvili;
Qvarelidə — Qvareli Şurasının hazırkı sədri İlia Mzekalaşvili;
Sağarecoda — Müdafiə Nazirliyində çalışmış təcrübəli dövlət qulluqçusu Vax­tanq Kakutaşvili;
Telavidə — Kaxeti dairə prokurorunun müavini Vaja Mağradze.

Kvemo Kartlidə 7 bələdiyyədən 4-də hazırkı merləri təqdim edirik. Bunlar:
Rustavi — Nino Latsabidze;
Qardabani — David Karqareteli;
Dmanisi — Koba Muradaşvili;
Tsalka — İlia Sabadze;
Marneulidə — təcrübəli dövlət qulluqçusu Daur İsmayılov;
Tetritskaroda — Tetritskaro Şurasının sədr müavini Mixeil Aptsiauri;
Bolnisidə — təcrübəli hüquqşünas Zamuri Çitanava.

Mtsxeta-Mtianetidə:
Tianeti — hazırkı mer Levan Tsiklauri;
Mtsxeta — memar və menecer Qoçi Abuaşvili;
Duşeti — Duşeti Şurasının hazırkı sədri Kaxaber Çitauri;
Kazbeqi — təcrübəli mühəndis Koba Geladze.

Şida Kartlidə 4 bələdiyyədən 3-də hazırkı mer və ya icraçı merləri təqdim edirik:
Qori — Konstantine Buzaladze;
Xareli — Zaza Quliaşvili;
Kaspi — Vax­tanq Maisura­dze;
Xaxuri — 20 illik menecer təcrübəsi olan Paata Çaduneli.

Samtsxe-Cavaxetidə 6 bələdiyyədən 4-də hazırkı merlər:
Adigeni — Qoça Kimadze;
Aspindza — Rostom Maqraqvelidze;
Axalkalaki — Melkon Makariani;
Ninotsminda — Anivard Mosoyani;
Axaltsixe — jurnalist Varlam Tsiklauri;
Borjomi — hüquq-mühafizə orqanlarında təcrübəli Mamuka Gelashvili.

İmeretidə 12 bələdiyyədən 9-da hazırkı merlər:
Kutaisi — David Eremeişvili;
Sachxere — Levan İvanaşvili;
Çiatura — Givi Modebadze;
Xaraqauli — Koba Lursmanaşvili;
Tercola — Manuçar Robakidze;
Vanı — Aleksandre Qoğorişvili;
Samtredia — David Baxtadze;
Xoni — Lado Curxadze;
Tskaltubo — Genadi Balançivadze;
Bağdati — Şura sədri Nodar Giorqidze;
Zestafoni — Şura sədri Vax­tanq Qambashidze;
Tqibuli — David Kublashvili.

Raça-Leçxumi və Aşağı Svanetidə:
Tsageri — Çabuki Çabukiani;
Lentexi — Giorgi Qazdeliani;
Ambrolauri — Zaza Keva­nishvili;
Oni — David Lobjanidze.

Sameqrelo-Yuxarı Svanetidə 9 bələdiyyədən 5-də hazırkı merlər:
Poti — Beka Vaçaradze;
Xobi — David Bukia;
Senaki — Vax­tanq Qadelia;
Abaş — Giqa Qabelaia;
Mestia — Kapiton Jorjoliani;
Zuqdidi — deputat Dato Kodua;
Çxorotsku — sabiq deputat Jumper İzoria;
Martvili — iş adamı Giorgi Naçqebia;
Tsalenjixa — dövlət qulluqçusu Guba Sadjaia.

Quriyada:
Lan çxuti — hazırkı mer Aleksandre Sarişvili;
Ozurgeti — müəllim və menecer Paata Kunchulia;
Çoxatauri — mer müavini Mindia Jğeria.

Acarada 6 bələdiyyədən 3-də hazırkı merlər:
Kobuleti — İrakli Tsexdladze;
Xelvaçauri — Zaza Diasamidze;
Şuaxevi — Omar Takidze;
Keda — Ali Şuranın deputatı Mamuka Turmanidze;
Xulo — Ali Şuranın deputatı Vax­tanq Beridze;
Batumi — Acarıstan hökuməti administrasiyasının rəhbəri Giorgi Tsintsadze.

Beləliklə, namizədlərimizin siyahısı budur. Əminik ki, bütün namizədlər öz bələdiyyəsində seçkiləri qazanacaq. Məqsədimiz aydındır - ölkənin bütün 64 bələdiyyəsində həm mer, həm də şura seçkilərində qalib gəlməkdir. Araşdırmalar da bunun tam real və mümkün olduğunu göstərir. Təbii ki, seçki qərargahımız və partiyamız bu nəticəyə çatmaq üçün maksimum səfərbər olunacaq. Merliyə namizədlərə uğurlar arzulayıram",  deyə İrakli Kobaxidze qeyd edib.

ŞƏRH YAZ
16