Mixeil Kavelaşvili Türkiyəyə gedir
11.08.2025 21:32
467
Siyasət
A
Mixeil Kavelaşvili Türkiyəyə gedir

Seçki Kollegiyası tərəfindən prezidentliyə seçilmiş Mixeil Kavelaşvili avqustun 12-də Türkiyəyə rəsmi səfər edəcək.

Aktual.ge xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə həyata keçiriləcək.

Səfər çərçivəsində Türkiyə - Gürcüstan ikitərəfli əməkdaşlığının bütün sahələrinin inkişaf etdirilməsi üçün atılacaq addımlarla yanaşı, aktual regional və qlobal hadisələr barədə fikir mübadiləsi aparılacaq.

ŞƏRH YAZ
10