Yaxın günlərdə Gürcüstanda yüksək temperatur fonunda bəzi yerlərdə yağış, dolu və küləyin güclənməsi gözlənilir.
Aktual.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.
Sinoptiklərin proqnozuna əsasən, Tbilisidə qısamüddətli yağış və ildırım çaxması gözlənilir, 13–14 avqustda isə yağışsız hava olacaq.
“12–14 avqust tarixlərində nisbətən yüksək temperatur fonunda bəzi yerlərdə yağış yağacaq, ildırım, dolu və küləyin güclənməsi mümkündür. Tbilisidə 12 avqustda qısamüddətli yağış və ildırım çaxması gözlənilir, 13–14 avqustda isə yağıntısız hava olacaq. Günorta saatlarında havanın temperaturu +30, +32 dərəcə təşkil edəcək" , - məlumatda deyilir.
Batumi, Kobuleti, Anaklia və Potidə 12 avqustda qısamüddətli yağış və ildırım gözlənilir, 13–14 avqustda isə əsasən yağıntısız hava olacaq. Günorta saatlarında temperatur +27, +29 dərəcə olacaq.
Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori və Tsxinvalidə bəzi yerlərdə qısamüddətli yağış və ildırım, həmçinin dolu və küləyin güclənməsi gözlənilir. Günorta saatlarında temperatur +30, +32 dərəcə olacaq.