Gürcüstandan onlarla xarici ölkə vətəndaşı deport edilib
12.08.2025 13:41
533
Siyasət
A
Gürcüstandan onlarla xarici ölkə vətəndaşı deport edilib

Son günlərdə həyata keçirilən kompleks tədbirlər çərçivəsində Gürcüstandan xarici ölkələrin 34 vətəndaşının deportasiyası həyata keçirilib.

Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədən deportasiya olunanlar bunlardır: Hindistan, Rusiya, Nigeriya, İran, Misir, Azərbaycan, Türkmənistan, Pakistan, Keniya, Ermənistan və Qırğızıstan - ümumilikdə 34 vətəndaş. Mövcud qanunvericiliyə uyğun olaraq, deportasiya olunan şəxslərə ölkəyə giriş qadağası tətbiq edilib.

"Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti ölkə daxilində qanunsuz miqrasiya ilə mübarizəyə cavabdeh olan qurumdur. Onun səlahiyyətlərindən biri də Gürcüstanda hüquqi əsas olmadan yaşayan xarici ölkə vətəndaşlarının aşkar edilməsi və onların deportasiyasının həyata keçirilməsidir”, – məlumatda qeyd olunub.

ŞƏRH YAZ
5