Aİ-nin 26 ölkəsi Qəzza ilə bağlı İsrailə çağırış etdi
13.08.2025 11:15
409
Siyasət
A
Aİ-nin 26 ölkəsi Qəzza ilə bağlı İsrailə çağırış etdi

Qəzza ərazisində əzab-əziyyət təsəvvür edilməyəcək səviyyəyə çatıb.

Aktual.ge xəbər verir ki, bu barədə 26 ölkənin xarici işlər nazirləri birgə bəyanat yayıb.

“Aclıq gözlərimizin önündə baş verir. Aclığın qarşısını almaq və vəziyyəti yaxşılaşdırmaq üçün təcili tədbirlər görülməsi lazımdır. Biz İsrail hökumətini beynəlxalq qeyri-hökumət təşkilatlarına humanitar yardım çatdırmaq üçün icazə verməyə çağırırıq. Qəzzaya humanitar yardımın gətirilməsi üçün bütün keçid məntəqələri və marşrutlardan istifadə edilməlidir”, - bəyanatda deyilir.

Birgə bəyanatı Avstraliya, Belçika, Kanada, Kipr, Danimarka, Estoniya, Finlandiya, Fransa, Yunanıstan, İslandiya, İrlandiya, Yaponiya, Litva, Latviya, İtaliya, Lüksemburq, Malta, Niderland, Norveç, Portuqaliya, Slovakiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə və Böyük Britaniyanın xarici işlər nazirləri imzalayıb.

Bundan əlavə, bəyanatı Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas da imzalayıb.

ŞƏRH YAZ
3